Üçrəngli bayrağımız qürur mənbəyimizdir

       Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyi rəmzidir. Bayraq bizim qürurumuz ,and yerimizdir. Milli dəyərlərimizdən olan üçrəngli bayrağımız daim yüksəklərdə dalğalanır. 

      Məktəbimizdə 9 Noyabr Azərbaycan Dövlət Bayrağı gününə həsr olunmuş rəsm sərgisi keçirildi . Maraqla qarşılanan bu tədbirdə şagirdlər Bayraq bayramı münasibətilə müxtəlif rəsm əsərləri və divar qəzetləri hazırlayıb  sərgilədilər. Müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərimizdən biri olan bayraq şagirdlərin rəsm əsərlərində öz əksini tapdı. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra  şagirdlərə “Bayraq günü”nün tarixi barədə məlumat verildi.  Sonda şagirdlər sertifikatlarla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi