"Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilmişdir.

Dünyada yaranmış probemlərdən biri də narkomaniyadır. Zaman keçdikcə bu problem "cavanlaşır" . Ona görə də vaxtaşırı olaraq tədris müəssisələrində gənclərin məlumatlandırılması məqsədilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də bu gün 90 №-li tam orta məktəbdə keçirilmişdir. Tədbirdə Sabunçu rayon polis idarəsinin azyaşlılarların işləri üzrə bölmə rəisi Əli Balayev, 12№-li polis bölməsinin rəis müavini Yunus Ələsgərov, əməliyyat vəkili Ramin Aslanov, məktəb rəhbərliyi və şagird kollektivi iştirak edirdi. Məktəbin direktoru Q.Qazıbəyova tədbiri açaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdi. Mövzu ilə əlaqədar videoçarx nümayiş etdirildikdən sonra söz Ə.Balayevə verildi. O, öz çıxışında narkomaniya və onun fəsadları haqqında geniş məlumat verərək tövsiyyələrini şagirdlərə çatdırdı.Sonra sözY.Ələsgərova verildi. Tədbirin sonunda şagirdlərin suallarına cavab verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi