Məktəbdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü anılıb

Bu gün Rixard Zorge adına 90 №-li tam orta məktəbdə "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" qeyd edilmişdir. Tədbirdə məktəb rəhbərliyi, şagird və müəlllim kollektivi iştirak edirdi. Tədbir Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra tədbir iştirakçıları soyqırımda qətlə yetirilmiş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tarix müəllimləri Məhsəti Səfəri və Maqsud Mirzəyev məruzə edərək soyqırım haqqında tarixi məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Tədbirdə şagirdlər tərəfindən hazırlanmış slayd və o dövrün hadisələrini əks etdirən xronika nümayiş etdirildi. Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova çıxış edərək bildirdi: "Ulu öndərimizin 1998-ci il 26 martda verdiyi sərəncam və prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, hazırda dünya ictimaiyyəti ermənilərin bizə qarşı törətdikləri cinayyətlərdən xəbərdar olmağa başlamışdır."
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi