Novruz şənlikləri 90 nömrəli məktəbdə

90 nömrəli məktəbin şagird və müəllim kollektivi 19 mart 2016-cı il tarixdə Sabunçu rayonu İcra Hakimiyyətinin milli adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı münasibəti ilə ümumrayon bayram şənliyində iştirak etmişlər. Azərbaycan xalqının milli bayramı - Novruz Sabunçu rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə də qeyd olunub. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən məktəbin direktoru Q.Qazıbəyova onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Şagirdlər tərəfindən hazırlanan rəqs və şeir nümunələri iştirakçılar tərəfindən maraqla izlənmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi