Valideynin məktəbdə bir günü

  Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması və BŞTİ-nin 28.01.2019-cu il tarixli F-66 №-li əmrinin icrasının təmin edilməsi məqsədilə mayın30-da Bakı şəhəri 90№-li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi.Tədbirin rəsmi hissəsini məktəbin direktoru Yasin Quliyev açaraq təhsil müəssisəsində 2018-2019-cu tədris ilində görülmüş işlərin hesabatını verdi. Təlimə Dəstək Mərkəzindən dəvət olunmuş Sədaqət Məmmədova  valideynlərlə seminar keçirdi, onların rəy və təklifləri dinlənildi. Sonra valideynlər dərslərdə iştirak etdilər. Dərslərdən sonra valideynlər üçün akt zalında hazırlanmış bədii hissə numayiş olundu. Valideynlər məktəbədən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi