Riyaziyyat gecəsi

     Aprelin 29 – da məktəbdə fənn aylığı çərçivəsində "Riyaziyyat gecəsi " keçirildi.

   Gecəni məktəbin riyaziyyat müəlimi Kifayət Məmmədova təşkil etdi. Tədbir Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan olundu. 8”E” sinif şagirdlərinin iştirakı ilə hazırlanmış tədbirdə əyləncəli intellektual oyunlar, videaçarxlar nümayiş olundu. Şagirdlərin ifasında riyaziyyat elminə həsr olunmuş şeir, mahnı töhfələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbir şagirdlərin riyaziyyat fənninə olan marağını daha da artırmaq məqsədi ilə təşkil olunmuşdu. Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi