"Könlümüz dərddən yaralı" adlı anım günü qeyd edilib

Rixard Zorge adına 90№-li tam orta məktəbin müəllim və şagird kollektivi bu gün Xocalı faciəsinin 24-cü il dönümünü yad etmişlər. Tədbirdən əvvəl məktəbin bir qrup şagirdi və tarix müəllimi Maqsud Mirzəyev "Ana fəryadı" abidəsini ziyarət etmişlər. Sonra isə məktəbdə müəllim Ceyran Qasımovanın tərtibatında şagirdlərin iştirakı ilə "Könlümüz dərddən yaralı" adlı anım tədbiri keçirilmişdir. Tədbirin sonunda məktəbin direktoru Q.Qazıbəyova çıxış edərək 24 il əvvəl baş vermiş hadisələrdən bəhs etdi. Qurbantac xanım əlavə edərək bildirdi ki, prezidentimiz İ.Əliyev və xanımı M.Əliyevanın apardığı uğurlu siyasət nəticəsində dunya ictimaiyyəti artıq Xocalı faciəsini qəbul etməkdədir. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova çıxış edərək bildirdi ki, tarix boyu bir çox xalqın tarixində faciələr baş vermişdir. Yalnız öz qəhrəmanlığını sübut etmiş xalq sonrakı nəsillərə şərəfli bir tarix buraxa bilmişdir. Dövlətimizin apardığı siyasət nəticəsində biz də sabah tariximizin bu səhifələrini qələbə sevinci ilə yazacağıq. Tədbirin sonunda şagirdlər tərəfindən çəkilmiş rəsmlərin sərgisi nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi