Novruz bayramı

            Martın 19-da məktəbdə ənənəyə uyğun olaraq Novruz şənliyinə həsr olunmuş tədbir keçirildi.                                   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Şagirdlər bahara aid mahnılar ifa etdilər, şeirlər səsləndirdilər. Rəngarəng rəqslər, kosa-keçəl oyunları, Novruz bayatıları tədbirə xususi rəng qatdı. Tədbirin irəliləyən dəqiqələrində məktəb rəhbərliyi tərəfindən hər bir iştirakçı sinfin Novruz süfrəsinə baxış keçirildi. Tədbirin sonunda ən yaradiçı  Novruz süfrəsi hazırlamış siniflər fərqləndirildi. Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək bütün müəllimləri, şagirdləri milli dəyərimiz olan Novruz bayramı münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi