Valideynlərlə görüş

    Martın 2-də Rixard Zorge adına tam orta məktəbdə valideyn iclası keçirildi.  Akt zalında baş tutan ikihissəli iclasda saat 11-dən 12-dək 7,8-ci, 12-dən 13-dək 9,10,11-ci sinif şagirdlərinin valideynləri ilə söhbət aparıldı.İclası giriş sözü ilə məktəbin direktoru Yasin Quliyev açdı. O, şagirdlərin təhsilində valideynlərin rolundan danışaraq onları bu mövzuda biganə olmamağa çağırdı.Valideynlərin təklif və şikayətlərini dinlədi. Sonra direktor müavinləri şagirdlərin davamiyyəti, eləcədə dərslərə hazırlıqları barədə məlumat verərək, valideynləri övladlarına qarşı daha diqqətli, tələbkar olmağa dəvət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi