"Valideynin məktəbdə bir günü"

            Fevral ayının 21-də fəaliyyət planına uyğun olaraq məktəbimizdə ”Valideynin məktəbdə bir günü” tədbiri baş tutdu. Rəsmi açılışdan sonra Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir son illərdə məktəbin fəaliyyəti mövzulu slaydlarla davam etdirildi.

Sonra məktəbin direktoru Yasin Quliyev tədbirin məqsədi, mövzusu haqqında valideynlərə məlumat verdi. Nəzərdə tutulmuş proqrama uyğun olaraq valideyinlər məktəblə ümumi tanışlıq üçün sinif otaqlarına, idman zalına, məktəb yemekxanasına yönləndirildilər.Növbəti mərhələdə valideyinlərin dərsləri müşahidəsi təmin olundu.Dərs müşahidələrindən sonra BŞTİ nümayəndəsi Mürsəl Qurbanov seminar keçirdi.Seminar bitdikdən sonra tədbirin bədii hissəsi başlandı.

Bədii hissədə şagirdlərin hazırladıqları çıxışlar, kompazisyalar təqdim olundu. Valideyinlər məktəbdən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi