"20 Yanvar -Ümumxalq Hüzn Günü"

 Yanvarın 19- da R.Zorge adına tam orta məktəbdə “20 Yanvar – Ümumxalq Hüzn Günü” nə həsr olunmuş tədbir keçirildi.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Qan yaddaşımız olan bu tarixi günə həsr olunmuş şeirlər, mahnılar şagirdlər tərəfindən ifa olundu, həmin dövrün keşməkeşlərini özündə əks etdirən kompozisiya nümayiş etdirildi. Sonda məktəbin direktoru Y.Quliyev çıxış edərək 20 Yanvar faciəsinin xalqımız üçün böyük itki olması ilə yanaşı bu günün tariximizdə qanlı bir səhifə olduğunu da söylədi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi