Rixard Zorge adına 90№-tam orta məktəbdə Kimya fənnindən açıq dərs

Rixard Zorge adına 90№-tam orta məktəbdə Kimya fənnindən açıq dərs keçirilmişdir. Kimya müəllimi Sədaqət Süleymanova tərəfindən 10B sinfində keçilən dərsin mövzusu “Tsiklik alkanların kimyəvi xassələri” idi. Dərsin ilk dəqiqələrindən müəllimin mövzunu mənimsətmə bacarığının və nitq mədəniyyətinin yüksək səviyyəsi diqqəti çəkirdi. Şagirdlərlə ünsiyyət bacarığı yüksək, dərs prosesində hərəkət dinamikası aktiv idi. Dərsin sonunda şagirdlərdə yüksək əhval ruhiyyə müşahidə olunurdu.