Şagirdlərimiz qızıl medal aldı

Noyabrın 1-də 2017-2018-ci tədris ilində Respublikada keçirilən IV Məktəblərarası fənn müsabiqəsinin qaliblərinin təqdimatı keçirildi.Tədbirdə R.Zorge adına 90 №-li tam orta məktəbin də qalib şagirdləri iştirak etmişlər. Onlardan 2 nəfəri VI sinif şagirdləri Hüseynov Cəlil və Mehdiyev Anar riyaziyyat fənni üzrə 1-ci yer tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qızıl medal və diplomlarla  təltif olunmuşlar. Məktəbin direktoru Yasin Quliyev isə  müsabiqədə uğurla iştirak edərək komanda hesabında 2-ci yer tutduqlarına görə təltif edilmişdir.Şagirdlərimizi bu münasibətlə təbrik edir,məktəbimizin və şagirdlərimizin ugurlarının davamlı olmasını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi