Mütaliə günü

Oktyabrın 31-də R.Zorge adına tam orta məktəbdə fəaliyyət planının 1.1.1.14 bəndinə əsasən mütaliə günü ilə bağlı tədbir keçirildi.

Tədbir Dövlət Himninin səslndirilməsi ilə başladı. Məktəbin Uşaq Birliyi rəhbəri N.Abbasxanovanın təşkilatçılığı ilə keçirilən tədbirə əsasən bədii qiraətlə məşğul olan şagirdlər dəvət olunmuşdu. Tədbirdə mütaliənin insan həyatında əvəzsiz rolundan söhbət açıldı, dahllərin kitablarla bağlı söylədikləri  fikirlər səsləndirildi. C.Məmmədquluzadənin “Saqqallı uşaq”  hekayəsi əsasında hazırlanan səhnəcik tədbir iştirakçılarına maraqlı anlar yaşatdı. Tədbirin sonunda kitabxana müdiri M.Əzimova,dil ədəbiyyat müəllimləri çıxış edərək mütaliənin şagirdlərin həyatında daha vacib yer tutmalı olmasından,əhəmiyyətindən danışdılar.

Sonda məktəb direktoru Y.Quliyev tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edərək kitab oxumağın insan üçün mənəvi qida olmasını söylədi və bu  qəbildən olan marifləndirici,eyni zamanda əyləncəli olan tədbirlərin davamlı olmasını arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi