18 oktyabr Azərbaycan Respublikası Dövlət Müstəqilliyi günü

             Oktyabrın 18-də R.Zorge adına tam orta məktəbdə Azərbaycan Dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başladı. Vətənimiz üçün ən əhəmiyyətli günlərdən birinə həsr olunmuş bu tədbirdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılarla vətənə olan məhəbbətlərini nümayiş etdirdilər. Həmçinin şagirdlərin hazırladıqları ədəbi-bədii kompazisyalar tamaşa edənlərin marağına səbəb oldu. Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək hər bir şagirdin müstəqil vətənimiz üçün layiqli vətəndaş olacağına böyük ümid bəslədiyni söylədi və Müstəqillik Günü münasibətilə müəllimləri və şagirdləri təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi