Milli qəhrəmanla görüş keçirildi

Oktyabrın 16-si Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı “Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası Mərkəzi”ndə “Arabaçı əlillər” şəbəkəsi ictimai birliyinin təşkilatçılığı ilə Müstəqillik Günü ilə əlaqədar Milli Qəhrəman Sahil Məmmədovla görüş keçirildi. Həmin görüşdə məktəbimizin müəllimi Rafiq Bayramov, Uşaq Təşkilatı birliyi rəhbəri Nərmin Abbasxanova, həmçinin məktəbimizin şagirdləri iştirak edirdilər.

Tədbirdə iştirakçılar şərəfli döyüş yolu keçmiş Milli Qəhrəmanın xatirələrini dinlədilər. Əsas mövzusu qəhrəmanlıq və müstəqilik olan tədbirdə xoş bayram əhval-ruhiyyəsi hiss olunurdu. Musiqicilərin mahnı töhfəsi tədbirə xüsusi rəng qatdı.

Tədbirdə iştirak edən məktəblilərmizin xüsusu hazırlanmış çıxışları böyük maraqla qarşılandı.

Bütün tədbir iştirakçıları, o cümlədən şagirdlərimiz bu görüşdən böyük təəssuratla ayrıldılar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi