Valideynlərlə görüş

Oktyabrın 13-də R.Zorge adına tam orta məktəbdə ənənəyə uyğun olaraq valideyn iclası keçirildi. İclasa 5-ci,10-сu və 11-ci sinif şagirdlərinin valideynləri dəvət olunmuşdur. 5-ci siniflərin iclası saat 10:00-da,10-11-cilərin iclası saat 12:00-da kecirildi. İclası məktəbin dİrektoru Yasin Quliyev giriş sözü ilə açıq elan etdi. Sonra ‘’Hər bir şagirdimizin uğuru məktəbimizin uğurudur’’ mövzulu məruzə ilə sözünü davam etdirdi. Məruzəsində Y.Quliyev söylədi ki, pedaqoji kollektivmizin hər bir üzvü şagirdlərimizin təhsil həyatındakı uğurlara böyük əhəmiyyət verir, onlar üçün ən yaxşı, faydalı şəkildə təlim keçməyi hədəfləyir. Eyni zamanda şagirdlərdə oxumaq, öyrənmək arzusunun güclənməsi üçün müəllimlər də əlindən gələni edirlər. İntellektual səviyyəsi yüksək, müasir tələblərə cavab verən təlimə yiyələnmiş şagird yetişdirmək üçün daim səy göstərdiklərini də qeyd etdi. Məktəb direktoru çıxışının davamında onu da qeyd etdi ki, yalnız məqsədimiz elmi biliklərə yiyələnmiş şagirdlər deyil, eyni zamanda milli, bəşəri dəyərləri mənimsəmiş, xalqını, millətini, vətəninin sevən şagirdlər yetişdirmək vacibdir.Lakin bu məktəbin təkbaşına edə biləyi bir iş deyil. Bu vacib məsələdə valideynlərin hər biri övladının təlim-tərbiyəsi işi ilə ciddi məşğul olmalı,bütün məsuliyyəti məktəbin borcu, vəzifəsi kimi  görməməlidir. Ailədən gələn təlim-tərbiyə məktəbdə davam etdiriləndə mükəmməl nəticə verir.

   Sonra  direktor müavinləri çıxış edərək, bəzi valideynləri uşaqlarının tərbiyəsində, əxlaqi keyfiyyətlərinin formalaşması işində daha diqqətli, səbirl olmağı,uşaqlarına imkan daxilində vaxt ayırmağı tövsiyə etdilər.

    Valideynlərdən bir neçəsi münasibət bildirmək üçün söz istədi. Onlar məktəbdəki dəyşikliklərin, öyrənmə şəraitinin günü-gündən yaxşılığa doğru getməsinin diqqətlərindən yayınmadığını söylədilər və bütün müsbət dəyşikliklər üçün məktəb rəhbərliyinə təşəkkür etdilər.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi