Müəllimlər günü

Oktyabrın 5-i R.Zorge adına tam orta məktəbdə “Müəllimlər günü”  münasibəti ilə tədbir keçirildi. İlk olaraq tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi .

Məktəbin Uşaq birliyi rəhbəri N.Abbasxanovanın təşkilatçılığı ilə hazırlanan tədbirdə həm yuxarı sinif,  həm də ibtidai sinif şagirdlərinin müəllimlərə həsr etdikləri səhnəciklər nümayiş etdirildi .Şagirdlər öz şeir tövhələri ilə müəllimlərə sevincli anlar yaşatdılar.Həmçinin məktəbin musiqi müəllimi, xor dərnəyinin rəhbəri G.Mirzəcanovanın müşayiəti ilə məktəb xoru gözəl mahnılar ifa etdi. Tədbirin sonunda məktəbimizin direktoru Yasin Quliyev çıxış edərək müəllim peşəsinin ülviliyindən, müqəddəsliyindən bəhs etdi,  pedaqoji heyəti bu gün münasibəti ilə təbrik etdi, onların hər birinə möhkəm can sağlamlığı, mənalı ömür, bu çətin və şərəfli yolda səbr, mətanət arzu etdi.  Çıxışının davamında direktor Y.Quliyev məktəbin müəllim heyətinə yenicə daxil olmuş müəllimləri, habelə gənc pedaqoqları bu əlamətdar gün münasibəti ilə bir daha təbrik edərək onlara işlərində uğurlar arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi