Bilik Günü

15 Sentyabr “Bilik günü” və dərs ilinin başlanması münasibətilə Sabunçu rayonu 90№ li tam orta məktəbdə ənənəyə uyğun olaraq “Bilik günü” tədbiri keçirilmişdir.Tədbirdə müəllim və şagird heyəti ilə yanaşı valideynlər də iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı. Məktəbimizin direktoru Y. Quliyev giriş sözü ilə tədbiri açıq elan etdi. O, “Bilik günü" nün əhəmiyyəti, ümumiyyətlə, təhsilin insan həyatındakı rolu haqqında danışdı, şagirdlərə onların ölkəmizin gələcəyi olduqlarını söyləyərək hər birini yaxşı oxumağa, hərtərəfli şəxsiyyət kimi inkişaf etməyə dəvət etdi. Eyni zamanda ötən dərs ilinin məzunlarının göstərdikləri nəticələrdən danışaraq onları şagirdlərə nümunə göstərdi və bu dərs ilinin sonunda məzun olacaq şagirdlərdən daha yüksək nəticələr gözlədiyini qeyd etdi. Y.Quliyev çıxışını “Bilik günü”nün əsas səbəbkarları olan birinciləri təbrik edərək  onlara dərslərində, yenicə qədəm qoyduqları məktəb həyatında uğurlar arzu etməklə davam etdirdi.

Tədbirdə direktor müavinləri də öz növbələrində birinciləri təbrik etdilər. Məktəbin tarix müəllimi M.Səfəri  bu il bütün ölkədə xüsusi təntənə ilə qeyd olunmuş “Cümhuriyyətin 100 illiyi”mövzusunda , Azərbaycan dili və ədəbiyyatı müəllimi V.Həsənova isə ana dilimiz  və onun layiqincə öyrənilməsi ,bu mənəvi irsimizin olduğu kimi qorunub saxlanmasına aid məruzə ilə çıxış etdi.

 Daha sonra tədbir iştirakçıları şeirlər və mahnılar səsləndirdilər. “Bilik günü”nün sonunda ilk zəng çalındı və birinci sinif şagirdləri  ilk   müəllimlərinin   müşayiəti ilə sinif otaqlarına yola salındılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi