Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə "20 Yanvar-Qan yaddaşımız" mövzusunda tədbir keçilirmişdir.

19 yanvar 2016-cı il tarixində Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə 20 yanvar şahidlərinin anım günü qeyd edilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər tərəfindən hazırlanmış bədii hissə iştirakçılara təqdim edildi. Bədii hissədən sonra çıxış üçün söz məktəbin direktoru Qurbantac xanıma verildi. O, bildirdi ki, “Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Amma bu gün ölkəmiz başda İlham Əliyev və xanımı Mehriban Əliyeva olmaqla müstəqillik yolunda inamla irəliləyirik” Sonra söz təlim-tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi Rüstəmova Gültəkinə verildi. Onlar çıxış edərək bildirdilər ki “Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi altı il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Bizim müstəqilliyimiz tarixin şanlı səhifəsi olduğu kimi həm də şəhidlərin bizə ərmağanıdır.” Tədbirin sonunda iştirakçılar şagirdlərin 20 yanvar hadisələrini özündə əks etdirən əl işlərinin sərgisi ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi