"Son zəng" tədbiri keçirildi

14 iyun 2018-ci il tarixində məktəbimizdə 11-ci sinif şagirdləri üçün son zəng calındı. Saat 10-da başlayan tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Tədbirdə məktəb rəhbərliyi, Ramana qəsəbə bələdiyyəsinin sədri İ.Rzayeva, müəllimlər, valideyn və şagird kollektivi iştirak edirdi. İlk olaraq təbrik üçün söz məktəbin direktoru Yasin Quliyevə verildi.  O, əvvəlcə bütün 11-ciləri məktəbi bitirmələri münasibətilə təbrik etdi. Sonra şagirdlərə bundan sonrakı həyat yolunda mübariz olmağı və müvəffəqiyyətlər qazanmağı arzu etdi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri G.Rüstəmova və G.Səlimova, həmçinin təşkilatçı A.Sadıqova da şagirdlərə müstəqil həyatda uğurlar arzuladılar. İ.Rzayeva da öz növbəsində 11-ci sinfi bitirən şagirdləri təbrik etdi. Sonra söz 11-ci sinif şagirdlərinin ibtidai sinif müəllimlərinə verildi. A.Nəcəfova, X.Aslanova  öz yetirmələrini təbrik edib, xoş diləklərini çatdırdılar. Məktəbin kiçik yaşlı şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirildikdən sonra 11-cilər də öz proqramları ilə çıxış etdilər. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi