Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilmişdir

30 dekabr 2015-ci il tarixində 90 nömrəli tam orta məktəbdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilmişdir. Tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak etmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Q.Qazıbəyova xanım açaraq iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir. Qurbantac xanım çıxışını davam etdirərək Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Tədbiri məktəbin təşkilati işlər üzrə direktor müavini Aygün Sadıxova və məktəbin tarix müəllimi Maqsud Mirzəyev davam etdirmişdilər. Şagirdlər bədii hissəni rəqs və çıxışları ilə davam etdirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi