Rixard Zorge adına 90 nömrəli tam orta məktəbdə Səməd bəy Mehmandarovun 160 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Tədbir məktəbin 11 a sinfinin tarix müəllimi Məhsəti Səfəri və şagirdlər tərəfindən hazırlanmışdır. Səməd bəy Mehmandarovun həyatının müxtəlif dövrlərini əks etdirən məlumatlar səsləndirilmişdir. Dekabrın 11 də keçirilən tədbirin gedişində mövzuya həsr edilmiş slaydlar iştirakçılara təqdim edilmişdir. Generalın həyatı və fəaliyyətinin müxtəlif dövrlərinə aid tarixi faktlar tədbir iştirakçılarının marağına səbəb olmuşdur. Tədbirdə iştiraş edən məktəbin direktoru Q.Qazıbəyova tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmiş, məktəblilərə vətəni sevməyi, onun hər qarış torpağı uğrunda canlarından keçməyə hazır olmağı, hərb işini dərindən öyrənməyi tövsiyə etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi