31 Mart Azərbaycanlıların soyqrımı günüdür

30.03.2018-ci il tarixində məktəbin Fəaliyyət planının 1.3.15-cı bəndinə uyğun olaraq Azərbaycan xalqına qarşı yürüdülən erməni təcavüzkarlığı siyasətinin nəticələri şagirdlərə aşılamaq, erməni təcavüzkarlığını və terrorizmini pisləmək, şagirdlərə Azərbaycan xalqının düşmənlərini tanıtmaq məqsədi ilə mart soyqrımına həsr edilmiş "31 Mart Azərbaycanlıların soyqrım günüdür” mövzusunda tədbir keçirildi. Əvvəlcə Dövlət Himni səsləndirildi və faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Məktəbimizin tarix  müəllimi A.Bayramova tərəfindən hazırlanan tədbirdə hadisələri əks etdirən səhnəciklər və video-çarxlar nümayiş etdirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, məktəb rəhbərliyi iştirak edirdi.

Tədbirin sonunda Y.Quliyev başda olmaqla məktəb rəhbərliyi  törədilmiş faciədən bəhs etdilər. Məktəbimizin direktoru Y.Quliyev çıxış edərək, bu günün  xalqımızın hüzn və matəm günü olduğunu, şagirdləri xalqımızın qanlı tarixinə yazılmış belə ağrılı-acılı günü unutmamağa çağırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi