Novruz milli-mədəni dəyərimizdir

Martın 19-da məktəbin Fəaliyyət planının 1.3.20-ci bəndinə uyğun olaraq milliliyin, milli-mənəvi dəyərlərin təbliği, milli bayramlarımızın qeyd olunması ilə xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması məqsədi ilə məktəbimizin şagird, müəllim kolletivi və uşaq birliyi rəhbəri N.Abbasxanovanın təşkilatçılığı ilə "Novruz milli-mədəni dəyərimizdir" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir Dövlət Himnin səslənməsiylə açıq elan olundu. Bayram tədbirində məktəb rəhbərliyi, müəllim, valideyn və şagird kollektivi iştirak edirdi. İlk olaraq Novruzun atributları olan Kosa, Keçəl və Bahar qızı bayrama qatılan bütün kollektivi salamladı. Sonra şagirdlərin ifasında Novruz müjdəçisi olan Çərşənbələr və bayram adət-ənənələri haqqında məlumat verildi. Novruz baryamına uyğun olan şeirlər söylənildi, mahnılar və milli rəqslər ifa olundu. Sonda söz məktəbimizin direktoru Y.Quliyevə verildi. O, öz çıxışında bu bayramın qədim dövrlərdən bu günə qədər Baharın gəlişi ilə bağlı olaraq ölkəmizdə təntənəli şəkildə qeyd olunmasını  vurğuladı və  hər kəsi bayram münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi