Riyaziyyat Gecəsi

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə martın 15-də məktəbimizdə "Riyaziyyat Gecəsi" təşkil olunmuşdur. "Riyaziyyat Gecəsi"ni məktəbin riyaziyyat müəllimləri Xankişiyeva Sevda, Tanverdiyeva Qönçə, Məmmədova Kifayət və Xankişiyeva Mailə  təşkil etdilər. Tədbir Dövlət Himninin səslənməsiylə açıq elan edildi. Məktəbimizin direktoru və riyaziyyat müəllimi Quliyev Y. çıxış edərək riyaziyyat elminin sirlərindən, alimlərimizin bu sahədə əldə etdikləri nailiyyətlərdən söhbət açdı. Məktəbin 6a, 7e, 9b və 8b sinif şagirdləri  müxtəlif riyazi səhnəciklər nümayiş etdirdilər, rəqəmlərə aid şeirlər söylədilər, riyaziyyat elmi barədə maraqlı faktlar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi