Xocali Soyqırımı Abidəsi Ziyarət Olundu
Məktəbin Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində məktəb rəhbərliyi başda olmaqla müəllim və şagirdlərimiz Bakı şəhərinin Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət etdilər.