Şagirdlər təltif edildilər

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi  rayon və şəhərlərarası olimpiadada uğurla iştirak edərək növbəti mərhələyə keçən şagirdlərimiz bu gün diplomla təltif edildilər. Direktor Y.Quliyev başda olmaqla məktəb rəhbərliyi şagirdləri təbrik etdi, uğurlarının davamlı olmasını dilədi. Şagirdlərimizdən Bayramova Gülşən və Baxşəliyeva Simarə, Ağayeva Səbinə Azərbaycan dili  fənnindən, Hüseynov Cəlil, Mehdiyev Anar riyaziyyat fənnindən yüksək nəticə göstəriblər. Məmmədova Alsu isə ictimai işlərdə fəal iştirakına görə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi