Qanlı Yanvar

Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış silsilə tədbirlərimiz davam edir. Bu gün məktəbimizin 5,6,7,8,9,10-cu sinif şagirdləri  Azərbaycan dili müəllimi Günel Cəfərova və məktəbin Uşaq Birliyi Rəhbəri Nərmin Abbasxanovanın təşkilatçılığı və rəhbərliyi altında 20 yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edirdi. Məktəbimizin şagirdləri şeirlər söylədi, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Məktəbin xor dərnəyi “Ağlama xalqım “ və “Qalx,qalx,ulu bayraq”, 6 e sinif şagirdi  A.Nərmin “Şəhidlər”, 10 b sinif şagirdi Ə.Ülvi isə “Əsgər, Vətən əmanəti, yurd əmanəti” mahnılarını ifa etdilər. Tədbirin sonunda məktəbin direktoru Y.Quiyev çıxış edərək şagirdlərə  bu tarixi heç vaxt unutmamağı tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi