20 Yanvar-Ümumxalq hüzn günü

Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış silsilə tədbirlərimiz davam edir. Məktəbimizin ibtidai sinif rəhbəri Əliyeva Zamənzər və 2 a sinif şagirdlərinin iştirakı ilə “20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirildi.

Tədbir Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Məktəb rəhbərliyinin də iştirak etdiyi tədbirdə 1990-cı ilin yanvarında Sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışılaraq 20 Yanvar faciəsinin xalqımızın yaddaşına silinməz izlər qoyduğu qeyd edilib. Şagirdlər qanlı hadisələrdən bəhs edən səhnəciklər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi