Qan yaddaşımız

17.01.2018 - ci il tarixində məktəbimizin tarix müəllimi Səfəri Məhsəti və 11- ci sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirildi. Tədbir şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başladı.

 Şagirdlər Sovet ordusunun Bakıya yeridilərək dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın öldürülməsi və itkin düşməsindən, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmasından bəhs etdilər.

Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri haqqında videoçarxlar nümayiş etdirildi. 11 b sinif şagirdi S.Rövşən qanlı yanvar gecəsi qəhrəmanlıq göstərərək Vətəni üçün şəhid olan Ülvi Bünyadzadənin obrazını canlandıraraq 1989-cu ildə yazdığı “Milli And” ı səsləndirdi. Quliyeva Aytən isə pianoda Ü.Hacıbəyovun “Marş” əsərini ifa etdi.

Tədbirdə iştirak edən məktəb rəhbərləri də çıxış edərək 20 Yanvar qırğınlarının  nə qədər faciəli olsa da, düşmənlərin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməməsini, həmin gecədə həlak olan vətən övladlarının Azərbaycanın tarixinə parlaq səhifə yazmalarını və onları qürur hissi ilə qəlbimizdə daim yaşadacağımızı söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi