"Ana dilim" mövzusunda təqdimat

12 yanvar tarixində məktəbimizin Azərbaycan dili müəllimi Muradova Günel  və 1 R sinif şagirdlərinin iştirakı ilə “Ana dilim “ mövzusunda  təqdimat keçirildi.

Əvvəlcə müəllim ana dilimizin tarixi haqqında şagirdlərə qısa məlumat verdi. Daha sonra ümummilli lider Heydər Əliyevin dilimizə göstərdiyi diqqət və qayğını, onun dil haqqında dedikləri fikirləri, 2001-ci il  avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması vurğulandı.

H.Əliyev dil haqqında demişdir : ”Biz türk mənşəli xalqıq. Azərbaycan dili də türk xalqları dillərinə mənsubdur, lakin  biz öz dilimizi heç bir dilə qarışdırmamalıyıq. Bizim öz dilimiz var. Hər bir dilə hörmət edirəm, ancaq hesab edirəm ki, hər bir azərbaycanlı öz dili ilə fəxr etməlidir ! ”

Şagirdlər B.Vahabzadə, X.R.Ulutürk, S.Vurğunun  ana dilinə həsr etdikləri şeirləri və tanınmış şəxsiyyətlərin bu barədə dedikləri fikirləri səsləndirdilər. Sonda bəstəkar Emin Sabitoğlunun bəstələdiyi “ Şirin dil “ mahnısını ifa etdilər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi