Şagirdlərimiz Heydər Əliyev irsini öyrənir

 

12 yanvar tarixində şagirdlərimiz Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarda iştirak ediblər. Sabunçu rayonu 307 N-li məktəbdə təşkil olunan seminarda məktəbimizin direktoru Y.Quliyev məruzəçi idi.

Tədbir Dövlət Himnin səslənməsi ilə başladı.Y.Quliyev çıxış edərək Heydər Əliyevin aqrar sahədə islahatları haqqında şagirdlərə məlumat verdi. O dedi :” Xalqın çağırışı ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider müstəqil Azərbaycan Respublikasını dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş və onu böyük gələcəyi olan bir dövlətə çevirmişdir. Heydər Əliyevin müdrikliyi, qətiyyəti, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi sayəsində ölkəmizdə siyasi sabitlik bərpa olunmuş, bazar iqtisadiyyatına keçidi təmin etmək üçün iqtisadi islahatlar başlanmışdır.”

Heydər Əliyevin apardığı islahatlar haqqında videoroliklər şagirdlərə təqdim olundu. Sonda Y.Quliyev dedi : “Əminik ki, Heydər Əliyev siyasətinin davamçısı olan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli dərin islahatlar və qlobal iqtisadi çağırışlara uyğun hazırlanmış strateji yol xəritəsinin icrası sayəsində ölkəmizdə iqtisadi islahatlar bundan sonra da davam edəcək, Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənəcək.”

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi