"Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə və  “Yeni il” şənliyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi

29 dekabr 2017-ci il tarixində məktəbimizdə Azərbaycançılıq məfkurəsinin təbliği məqsədi ilə "Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə və  “Yeni il” şənliyinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdilər. Tədbir məktəb xorunun ifasında Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi. Məktəbin direktoru Quliyev Yasin iştirakçıları bayram münasibətilə təbrik edərək bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarıdır, xalqımız həmrəy olduğu zaman yenilməzdir. Şagirdlər “Heydərbabaya salam” poemasından bir hissəsini və vətənpərvərlik mövzusuna həsr olunmuş mahnıları səsləndirdilər. Tədbirin ikinci hissəsi məktəbin idman zalında təşkil olunmuş  Yeni il şənliyi ilə davam etdi. Şaxta baba və Qarqızın iştirakı hər bir şagirdin sevincinə səbəb oldu. Şagirdlərimizin ifasında hazırlanmış rəqslərə tamaşa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi