Ulu öndər Heydər Əliyevin xatirəsi yad edildi

Məktəbimizdə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildikdən sonra anım tədbirində dövlət quruculuğunda misilsiz xidmətləri olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif sahələrini əks etdirən təqdimat göstərildi.

Ulu öndərin fəaliyyəti haqqında geniş məruzə və dünya siyasi liderlərin Heydər Əliyev haqqında dedikləri kəlamlar şagirdlərin dilindən səsləndi.

Şagirdlər liderin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyi uğrunda gördüyü işlərdən  ətraflı söhbətlər apardılar.

Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi