"Tarixi şəxsiyyətlər" haqqında tədbir

5 dekabr 2017-ci ildə məkətbimizdə 9 B sinif şagirdləri tarix müəllimi Mirzəyev Maqsudun təşkilatçılığı ilə Azərbaycanın məşhur  tarixi  şəxsiyyətlərinə, xalqımızın qəhrəmanlıq tarixinə həsr olunmuş bədii əsərlərin oxusu və müzakirəsi haqqında “dəyirmi masa” kecirdilər. Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. "Dəyirmi masa”da I və II Dünya müharibəsi nümayəndələrindən, Qarabağ və Aprel döyüşlərindən, tarixi şəxsiyyətlərdən, bu müharibələrin ədəbiyyatımıza olan təsirindən, müharibələrə həsr olunmuş bədii əsərlərdən söz açıldı. S.Vurğunun “Ananın öyüdü”, M.Cəlalın “Vətən yaraları”, S.Rüstəmin “Təbrizim”, “Ana və poçtalyon”, M.Hüseynin ”Nişan üzüyü” və s. kimi əsərlərin müzakirəsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi