"Son zəng" tədbiri keçirilmişdir

Ölkəmizin bütün məktəblərində olduğu kimi bizim məzunların da doğma məktəblə vidalaşması məqsədilə "Son zəng" tədbiri keçirilmişdir. Məktəbin illik fəaliyyət planının 1.3.29-cu bəndinə uyğun olaraq iyunun 14-də keçirilən tədbir hərbi rəhbər C.Əhmədovun məktəb rəhbərliyi qarşısında məruzəsi ilə başladı. Məktəbin direktoru Q.Qazıbəyova tədbiri açıq elan edəndən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Məktəbin həm Azərbaycan, həm də rus bölməsinin 11-ci sinif şagirdləri son zəng tədbirini öz çıxışları ilə daha da rəngarəng etdilər. Həmçinin, tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş xor dərnəyinin rəhbəri G.Mirzəcanovaya və şagirdlərə, eləcə də uzun illər məktəb kitabxanasının müdürü olmuş, indi isə çalışmanın yaş həddinə çatdığı üçün pensiyaya yola saldığımız Rəfiqə xanıma Fəxri fərman və diplomlar verildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı valideynlər də iştirak edirdilər. Çıxış edənlər məzunları təbrik edərək onlara uğurlar arzuladılar. Sonda son zəng çalınaraq səmaya sülh rəmzi olan göyərçinlər buraxıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi