Texnologiya fənninə aid yarışma keçirildi

İyunun 2-də məktəbimizin texnologiya müəllimi Elmira Cəfərovanın təşkilatçılığı ilə 9-cu siniflər arasında yarışma keçirildi. Yarışma 5 sahə üzrə tərtib edilmişdi: yumşaq oyuncağın hazırlanması, burda iştirakçılar corabdan və sentifondan, eləcə də tikiş texnikasının üsullarından istifadə etməklə 5 dəqiqə ərzində oyuncaq hazırladılar, yemək süfrəsinin hazırlanması, burda süfrə tərtibatı və səliqəsinə diqqət yetirildi, şirniyyat süfrəsinin hazırlanması, burda iştirakçıların əl qabiliyyətlərinə diqqət yetirildi, hörüklü saç düzümü, burda müxtəlif saç düzümləri 5 dəqiqə ərzində yığıldı, ziyafət, sport və iş geyim tərzlərinin nümayişi, burda iştirakçılar müxtəlif geyimləri və aksesuarlarının seçilməsi bacarıqlarını nümayiş etdirdilər. Siniflər üzrə 9e sinfi birinci, 9b ikinci, 9d üçüncü yerə layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi