28 May Respublika Günü qeyd olundu

Məktəbin Fəalliyyət Planının 1.3.27-ci bəndinə uyğun olaraq müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədi ilə mayın 26-də məktəbimizim şagirdlərinin iştirakı ilə "28 May – Respublika gününün 99 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir Dövlət Himninin səsləndirilməsilə açıq elan edildi. Sonra müstəqillik tariximizin səlnaməsindən müəyyən faktlar iştirakçılara təqdim olundu. Məktəb xorumuzun ifasında azadlıq və qəhrəmanlıq motivləri əsasında bəstələnmiş mahnılar iştirakçılara təqdim olundu. Şagirdlərimiz vətənimizi tərənnüm edən şeirlər də səsləndirdilər. Tədbirin sonunda söz məktəbin direktoru Q.Qazıbəyovaya verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi