Şagirdlərimiz tarix muzeyinə ekskursiyaya getmişlər

20.05.2017-ci il tarixində məktəbimizin 5q sinif şagirdlərinin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası oldu. Bələdçi ekskursiya zamanı şagirdlərə arxeoloji abidələrimizin tarixi haqqında çox maraqlı məlumatlar verildi.Tədrisin keyfiyyətinə təsir edən belə ekskursiyaların, gəzintilərin təşkilində məqsəd şagirdlərimizin dünyagörüşünü formalaşdırmaq, dünya mədəniyyətinin bir incisi olan tarixi abidələrimizi öyrənməyi, qorumağı və sevməyi onlara aşılamaqdır. Şagirdlərimiz bu ekskursiyada tarixi məlumatlarla yanaşı xüsusi zövq də aldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi