"Heydər Əliyev və Azərbaycan" mövzusunda tədbir keçirilmişdir

10.may 2017-ci il tarixində məktəbimizdə Ulu öndərimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ulu öndərin həyatı və fəaliyyəti haqqında geniş məlumat verildi. H.Əliyev həyatının müxtəlif dönəmlərinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi. Şagirdlərin ifasında ulu öndərə həsr olunmuş mahnılar və şeirlər səsləndirildi. Məktəbin direktoru Q.Qazıbəyova çıxış edərək Azərbaycan xalqını qaranlıqdan aydınlığa, tənəzzüldən inkişafa doğru, Azərbaycan dövlətini formal müstəqillikdən real müstəqilliyə doğru aparan, Azərbaycanın tarixini yeni səmtə çevirməyi və dövlətçilik sistemini qurmağı bacaran tarixi fenomen Heydər Əliyev şəxsiyyətinin bizim və gələcək nəsillər üçün qiymətinin və dəyərinin sərhədsiz olduğunu vurğuladı. Tədbirdən sonra şagirdlərin Ulu öndərin doğum günü ilə əlaqədar hazırladıqları əl işlərinin sərgisinə baxış keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi