Şagirdlərimiz Xalça muzeyində ekskursiyada olmuşlar

5 may - xalçaçıların peşə bayramı günüdür. Bununla əlaqədar məktəbimizin şagirdləri Xalça Muzeyində ekskursiyada olmuşlar. Muzeydə olarkən şagirdlərimiz öyrəndilər ki, muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, Azərbaycan xalçaçılıq elminin banisi, rəssam və müəllim, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimov olmuşdur. Daha sonra müəllim şagirdlərin diqqətinə çatdırdı ki, hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür. Xalçaçılıq isə Azərbaycan mədəniyyətinin bir hissəsidir. Qədim dövrlərdən başlayaraq xalçaçılıq sənəti Azərbaycanda yaşayır və inkişaf edir. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat veriblər. Məhz bunun nəticəsidir ki, bu gün xalılarımız nəyinki dünyanı heyrətdə saxlayır, həm də 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına daxil edilməklə bəşəriyyətin irsi, sərvəti sayılır. Sonda xatirə şəkilləri çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi