Şagirdlərimiz Alternativ enerji ilə tanış oldular

Ekologiya aylıqları çərçivəsində reallaşdırılan "Alternativ enerji" mövzusu ilə əlaqədar tədbir keçirilmişdir. Bununla əlaqədar olaraq məktəbimizin 9-cu sinif şagirdləri fizika müəllimi M.Səmədovanın təşkilatçılığı ilə ibtidai siniflər üçün olan korpusda ekskursiyada olmuşlar. Şagirdlərimiz alternativ enerjinin bir növü olan Günəş enerjisinin elektrik enerjisinə keçməsilə tanış oldular. M.Səmədova ilk öncə şagirdlərə mövzu haqqında məlumat verdi. Sonra şagirdlər əyani olaraq Günəş enerjisinin elektirk enerjisinə çevrilməsi ilə işıqlandırılma prosesini izlədilər. Sonra isə cihazların iş prinsipi ilə yaxından tanış oldular. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi