Məktəbimiz Novruz şənliklərində iştirak etmişdir

15 mart 2017-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə Sabunçu ümumrayon bayram şənliyi keçirilmişdir. Bayram tədbirində Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu rayon hüquq- mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon üzrə Təşkilatın sədri Mehriban Abbasquliyeva, icra nümayəndəliyi, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Tədbirin keçirildiyi Ramana Residensin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanda Novruz bayramını əks etdirən stetdlər yerləşdirilmişdi.Qonaqlar da rayonun bayram şənliyinə qoşuldular. Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. Baharı, Azərbaycanı tərənnüm edən mahnılar dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu. Məktəbimizin kollektivi başda Qurbantac Qazıbəyova olmaqla bu şənlikdə fəal şəkildə iştirak etdilər. Şagirdlərimiz Bahar bayramına həsr olunmuş şeirlər səsləndirdi, mahnılar oxudular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi