6A sinfi Şəhidlər Xiyabanını ziyarət edib

18.01.2025 tarixində məktəbin 6 A sinfi sinif rəhbəri Səma Bağırovanın rəhbərliyi ilə I və II Şəhidlər Xiyabanını ziyarət etdi.
Şagirdlərə 20 Yanvar hadisələri , xalqımızın azadlıq uğrunda mübarizəsi, şəhidlərimizin qəhrəmanlığı haqqında məlumat verildi.
Eyni zamanda, şagirdlər Bakı-Qroznı reysini həyata keçirərkən təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycanın Milli Qəhrəmanları İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevanın məzarlarını da ziyarət etdilər.
Daha sonra şagirdlər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyində oldular. Şagidlər burada qədim dövrdən müasir dövrümüzədək yaşayıb yaratmış şair və yazıçılarımızın həyat , fəaliyyəti ilə tanış oldular.