Pedaqoji Şura iclası keçirilib

      23.11.2024-cü il tarixində Fəaliyyət Planına uyğun olaraq 2024-2025-ci tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirilib.

      İclası açıq elan edən məktəb rəhbəri Vələddin Nurəddinov tədris ili ərzində görülən işləri, qarşıda duran məsələləri pedoqoji kollektivin nəzərinə çatdırıb. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur.

     Təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Nəbiyeva sentyabr, oktyabr və noyabr aylarında görülən işlər barədə , Təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadova məktəbdaxili fənn müsabiqəsinin nəticələri barədə, Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarova lV siniflərdə keçirilən tədris dili və riyaziyyat fənləri üzrə monitorinqin nəticələri üzrə, məktəbin psixoloqu Cəmilə Məmmədova məktəbdə risk qrupuna daxil olan şagirdlərlə aparılan işin təhlili və sağlam mühitin formalaşdırılması üçün görülməli işlər barədə məruzə ediblər. Cari məsələlər, məktəbin nizamnaməsinin müzakirəsi və təsdiq edilməsi barədə məktəb direktoru Nurəddin Vələddinov məruzə edib.

     Həmçinin, qərara alınmışdır ki, yeni tədris ilindən məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılması nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi