Şagirdlərimiz müəllimlərimizi təbrik etmişlər

Məktəbimizdə Yel çərşənbəsi və 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbir məktəbimizin UBR Nərmin A və rus dili və ədəbiyyat müəllimi Yeganə M tərəfindən hazırlanmışdır. Bayram tədbiri məktəb xorunun ifasında Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Sonra şagirdlərin təqdimatında maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi, şeirlər səsləndirildi. Milli geyimdə şagirdlərimizin rəqsi, Gülnarə Mirzəcanovanın rəhbərliyi altında məktəb xorunun şən mahnıları tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş etdi. Tədbirin sonunda söz məktəbimizin direktoru Q.Qazıbəyovaya verildi. O, tədbir iştirakçılarını və eləcə də bütün kollektivi bayram münasibətilə təbrik etdi, hər kəsə xoş arzularını dilədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi