Novruz bayramı ilə əlaqədar cərşənbə iməcilikləri keçirilmişdir

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planına əsasən “Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində məktəbimizdə növbəti tədbir keçirilmişdir. Hazırda Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərdən biri də “Çərşənbə iməcilikləri”dir. Fəaliyyətdən irəli gələrək 2016/2017-ci tədris ilinin Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə günləri münasibəti ilə məktəbyanı ərazilərdə iməciliklərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə bu gün məktəbimizin müəllim və şagirdlərinin iştirakı ilə məktəbyanı ərazidə “Çərşənbə iməciliyi” keçirildi. İməcilik iştirakçıları məktəbyanı sahədə abadlıq işləri apardılar,ağacların dibini boşaltdılar.Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərimizi Azərbaycan tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırmaq,bu adət-ənənələri davam etdirmək və vacib milli dəyərləri qoruyub saxlamqdan ibarətdir. Novruz və ilaxır çərşənbələr təbiətin oyanışı və saflığı, təmizlik və dürüstlük kimi dəyərləri də təbliğ edir. Habelə müəllimlərimiz şagirdlərə ilk çərşənbə olan su çərşənbəsinin mahiyyəti, adətləri barədə geniş məlumat verdi. İməciliklər növbəti çərşənbədə də davam edəcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi