Ekologiya aylıqları çərçivəsində "Alternativ enerji" mövzusunda tədbir keçirilib

3 mart tarixində məktəbimizin fizika müəllimi M.Səmədovanın təşkilatçılığı ilə "Alternativ enerji" mövzusunda tədbir keçirilib. Ekologiya aylıqları çərçivəsinə daxil olan tədbirdə məktəbimizin 10-11-ci sinif şagirdləri iştirak edirdilər. Əvvəlcə müəllimə mövzu ilə əlaqədar qısa məlumat verdi. Sonra isə şagirdlərin təqdimatı və videosüjetlər nümayiş etdirildi. Tədbirin sonunda söz məktəbin direktoru Q.Qazıbəyovaya verildi. O, öz çıxışında qeyd etdi ki, məktəbimizin ibtidai siniflər üçün olan korpusu hazırda alternativ enerji ilə təmin olunmuşdur. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova tədbirin təşkilatçılarına elmi məlumatlarla zəngin nümunələr hazırladıqlarına görə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi