MƏZUN ŞAGİRDLƏRİN "SON ZƏNG" TƏDBİRİ KEÇİRİLİB

      14 iyun 2024-cü il tarixdə 90 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə şəhid məzunlarımızın anaları , Ramana bələdiyyəsi, məktəb rəhbərliyi ,  müəllim-şagird kollektivi, XI siniflərin valideynləri iştirak etdilər. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. 
    Şəhid məzunumuz Seyidov Əlinin anası Lalə xanım çıxış edərək sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib, onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə edib.  
    Aparıcılar  sözü məktəb rəhbəri Svetlana Nəbiyevaya verdilər. O, məzunlara gələcək həyatlarında uğurlar arzu edərək, dövlətimizə layiqli vətəndaşlar olmağı tövsiyə etdi. Bildirdi ki, müstəqil həyata qədəm qoyan hər bir məzun vətəninə layiqli vətəndaş olmağı qarşısına məqsəd qoymalı, öz gələcəyini xoşbəxt qurmalıdır. Tərbiyə işləri üzrə direktor müavini Aygün Sadiqova məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıblar. Direktor müavini Gültəkin Səlimova məzunlara xoş arzularını bildiriblər. Sinif rəhbərləri ,müəllimlər məzunlara xoş arzularını bildiriblər,gələcək həyatlarında uğurlar arzulayıblar.
      Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, şeirlər, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirildi. 
     Qeyd edək ki, məktəbdə Azərbaycan bölməsi üzrə-11A, 11B, 11C,11D, rus bölməsi üzrə-11R , ümumilikdə 130 nəfər şagird məzun oldu. Onlardan 19 nəfəri buraxılış imtahanında 200 baldan yuxarı toplayıb. 4 nəfər şagirdimiz isə fərqlənmə attestatına namizəddir.
     Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.Tədbir zamanı mahnı və rəqslərdən ibarət maraqlı proqram nümayiş etdirilib.Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri Fərmanlarla təltif olunub.Tədbirdə simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, sonda, “Son zəng” çalınıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi